Dünya
06 sentyabr 2023
1
Bu ölkə Rusiya ilə sərhədi minalayacaq
Latviya Rusiya ilə sərhədə tank əleyhinə minalar basdırmaq qərarına gəlib.
Bu barədə Latviyanın yenilənmiş dövlət müdafiə konsepsiyasında qeyd olunub.
Konsepsiyada ölkənin şərq sərhədinin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Belə ki, Latviyanın Rusiya ilə sərhədində tank əleyhinə minalar yerləşdirilməsi və digər mühəndislik həlləri nəzərdə tutulur.
Konsepsiya Latviyanın müdafiə naziri İnara Murnietse təqdim olunub. O, sərhəd infrastrukturunun yaradılmasının Daxili İşlər Nazirliyinin səlahiyyətinə daxil olduğunu, lakin Müdafiə Nazirliyinin də sərhədlərin gücləndirilməsi prosesinin təkmilləşdirilməsi və sürətləndirilməsi ilə bağlı fikirlərinin olduğunu vurğulayıb.
Daha çox xəbər:
Prezident Latviyanın Baş nazirinin müavinini qəbul etdi
---Rusiya 3 ölkənin konsulluqlarını bağlayır
DünyaRus sülhməramlıları humanitar yardım adı ilə silah daşıyır
Gündəm / DünyaRusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO
Gündəm / DünyaRusiya sərhədlərin müəyyən edilməsinə başlayır - Komissiya İrəvana gəldi
Gündəm / Şou