Dünya
14 may 2020
54
Dəyişən reallıqlar - Koronavirusdan sonra Qafqaz ölkələrində nələr olacaq Rea
Milliinfo.az
Dəyişən reallıqlar - Koronavirusdan sonra Qafqaz ölkələrində nələr olacaq
Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu Qafqaz ölkələrini postpandemiya dövründə gözləyən dəyişiklikləri açıqladı.
Çinin Uhan şəhərindən ötən ilin sonlarından yayılmağa başlayan koronavirus bəlası bütün dünyada öz aktuallığını qorumaqdadır. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu keçib, 292 mindən çox adam isə virus səbəbi ilə ölüb.
Turistlərə gəl-gəl deyən layihə - Azərbaycan Qafqazda yeni marşruta daxil edildi
Təəssüflər olsun ki, bu virus yaşadığımız region – Cənubi Qafqazdan yan keçmədi. Bu günə olan statistikaya əsasən Azərbaycan, Ermənistan və Gürcüstanda bu xəstəliyə yoluxanların ümumi sayı 7 mindən çoxdur, ölənlərin sayı 100-ə çatır. Hər üç ölkə bu rəqəmlərin artmaması üçün əlindən gələni edir. Region ölkələri ilk dəfədir müstəqillik əldə etdikdən belə bir təhlükə ilə qarşılaşır, təcrübə toplayır. Heç şübhəsiz koronavirus pandemiyası region ölkələrinin həyatına təsirsiz ötüşməyəcək və region ölkələri postpandemiya dövründə yeni çağırışlar, dəyişikliklərlə üz-üzə qalacaqlar.
Sputnik Azərbaycan pandemiya dövründə Cənubi Qafqaz ölkələrinin durumu, həmçinin onları gələcəkdə gözləyən çağırışlar barədə Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu ilə həmsöhbət olub.
Beyin mərkəzinin eksperti qeyd edib ki, koronavirus pandemiyası Cənubi Qafqaz regionunda gözlənilməz hadisələrə səbəb oldu: "Belə ki, Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Azərbaycan, Ermənistan və Gürcüstanın pandemiya dövründə şəffaf idarəetmə praktikasını həyata keçirdi. Xəstə sayının hər gün müntəzəm şəkildə açıqlanması, vətəndaşların xəstəliyə yoluxmaması üçün aparılan maarifləndirici işlər, ölkənin bütün ərazilərində dezinfeksiya işlərinin aparılması bölgə hökumətlərinin özlərinə güvəndiyinin göstəricisidir. Bilirsiniz ki, Türkmənistan kimi ölkələr bu virusla bağlı ümumiyyətlə məlumat belə vermədilər. Buna görə də pandemiya ilə bağlı Cənubi Qafqaz ölkələrinin şəffaflıq və hesabat vermə məsələsində böyük irəliləyiş əldə etdiklərini düşünürəm".
Öztarsu qeyd edib ki, yaranmış durum eyni zamanda Qafqaz ölkələrinə təcrübə də qazandırıb: "Belə ki, gələcəkdə region ölkələri bənzər durumla qarşılaşdıqları təqdirdə necə hərəkət etməli olduqlarını da öyrəndilər. Məsələnin digər müsbət tərəf isə region ölkələrinin – Azərbaycan, Ermənistan və Gürcüstanın beynəlxalq yardım fəaliyyətlərində iştirak etməsidir. Ölkələrin bir-birinə maska və tibbi ləvazimat göndərməsi və istənilən formada əməkdaşlığa açıq olduqlarını bildirməsi olduqca önəmli idi.
Rusiyada epdimioloji vəziyyət
Qonşu ölkədə koronavirusa yoluxanların sayı 242 mini keçdi
Bu səbəbdən koronavirus pandemiyasından sonra regionda şəffaf hökumət anlayışı ilə bağlı yeni gözləntilər olacaq. Sadəcə virus məsələsində deyil, bütün məsələlərdə hökumətlərin xalqa doğru məlumat verməsi və prosesləri daha yaxşı yönəltməsi ön plana çıxacaq".
Yaranmış vəziyyətdən hansı Qafqaz ölkəsinin daha qazanclı çıxacağına dair sualı cavablandırarkən ekspert qeyd edib ki, bu məsələdə hər hansı bir şeyi söyləmək mümkün deyil: "Bu müqayisəni Mərkəzi Asiya ölkələri ilə etmək daha doğru olar. Qafqaz regionunda demokratik dəyərlər daha çox mənimsənilib. Region ölkələrinin Avropa Birliyi kimi qurumlar, təşkilatlarla daha yaxın münasibətlər qurduğu üçün pandemiya dövründə Qafqaz dövlətlərinin qazanclı çıxacaq. Digər tərəfdən Mərkəzi Asiya və digər bölgələrdəki qapalı rejimlər itirməyə davam edəcək".
Ölkəmizin pandemiya ilə mübarizədə gördüyü tədbirləri dəyərləndirən Öztarsu vurğulayıb ki, Azərbaycanın xəstəliklə mübarizəsi gözləniləndən də artıqdır: "Hökumət məsələyə həssas yanaşaraq dezinfeksiya işlərini həyata keçirir və xalqın məlumatlandırılması üçün əlindən gələni edir. Əlbəttə ola bilər ki, müəyyən çatışmazlıqlar olsun. Lakin nəzərə almaq lazımdır ki, ölkə belə bir durumla ilk dəfə qarşılaşır, təcrübə qazanır. Bu baxımdan Azərbaycanın Cənubi Koreya və Yaponiya kimi təcrübəli dövlətlərə koordinasiya yaratması daha yaxşı olardı".
Daha çox xəbər:
İspaniyada koronavirusdan ölənlərin sayı 24 543 nəfərə çatdı
Dünya / Səhiyyəİspaniyada koronavirusdan ölənlərin sayı 24 mini ötdü
Dünya / SəhiyyəNiderlandda bir sutkada 145 pasiyent koronavirusdan ölüb
Dünyaİspaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü
Dünya / Səhiyyəİndoneziyada koronavirusa yoluxanların sayı 10,5 mini ötdü
Dünya / Səhiyyə