Dünya
14 may 2020
84
Bu hələ harasıdır, koronavirusdan daha ölümcül pandemiya olacaq – Dünyaca məşhur həkim
Milliinfo.az
Rusiyalı həkim xatırladıb ki, əksər epidemioloq və virusoloqlar daha təhlükəli epidemiyaların olacağı qənaətindədirlər
Rusiyanın məşhur həkimi Aleksandr Myasnikov gələcəkdə yeni növ koronavirusdan (COVID-19) daha ölümcül bir pandemiyanın yaşanacağını bildirib. Sputnik Türkiyə xəbər verir ki, "Komsomolskaya Pravda"-ya açıqlama verən həkim yeni növ koronavirusun ola biləcəyini də xəbərdarıq edib.
Dəyişən reallıqlar - Koronavirusdan sonra Qafqaz ölkələrində nələr olacaq
Günümüzdə yaşanan pandemiyanı dəyərləndirən Myasnikov qeyd edib ki, yaşananlar daha böyük pandemiya öncəsi təlimdir: "Dünya, görülən tədbirləri təkmilləşdirməlidir. Bu pandemiya dünyanın buna hazır olmadığını göstərdi".
Rusiyalı həkim xatırladıb ki, əksər epidemioloq və virusoloqlar daha təhlükəli epidemiyaların olacağı qənaətindədirlər: "Hər kəs heç şübhəsiz yaşanacağını yazır. Nə zaman baş verəcəyi isə sual altındadır. İnsanlığın mövcud durumdan dərs çıxarmasından başqa bir çıxış yolu yoxdur".
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 4347921-ə çatıb.
Məlumata əsasən, virusa yoluxmuş 297220 nəfər vəfat edib, 1549343 xəstə isə sağalıb.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 390 min 734 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 242271 yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Çində epdimioloji vəziyyətBu hələ harasıdır, koronavirusdan daha ölümcül pandemiya olacaq – Dünyaca məşhur həkim

Daha çox xəbər:
Daha bir həkim koronavirusdan öldü
Dünya / SəhiyyəDəyişən reallıqlar - Koronavirusdan sonra Qafqaz ölkələrində nələr olacaq Rea
DünyaTürkiyədə həkim qardaşlar koronavirusdan öldü
Dünya / Səhiyyəİspaniyada koronavirusdan ölənlərin sayı 24 543 nəfərə çatdı
Dünya / SəhiyyəABŞ-da pandemiya qurbanlarının sayı 61 mini ötdü
Dünya