Dünya / Cəmiyyət
29 iyun 2024
1
İranda seçkilərin ikinci turu olacaq
İyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçiriləcək.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilib ki, ikinci turda İranın Ali liderinin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və keçmiş səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.
“Hesablamaların nəticələrinə görə, Məsud Pezeşkian və Səid Cəlili prezident seçkilərinin ikinci turuna keçib”, - məlumatda deyilir.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Prezidentlik yarışında 4 siyasətçi iştirak edir: mühafizəkarlardan Məhəmməd Baqer Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi və islahatçı Məsud Pezeşkian.

Daha çox xəbər:

İranda prezident seçkilərində vəziyyət - Necədir? + Yenilənib
Gündəm / Dünya
İranda prezidentliyə ən gənc NAMİZƏD - DOSYE
Gündəm / Dünya
Polşada prezident seçkilərinin ikinci turu başlayıb
Dünya
Prezident seçkilərinin II turunun - Detalları
Gündəm / Dünya
Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək
Gündəm / Dünya