Dünya
12 sentyabr 2024
0
İrəvan növbəti artilleriya sistemləri istəyir - Dehli
Ermənistan Hindistandan əlavə ATAGS 155 mm-lik artilleriya qurğuları almaqda maraqlıdır.
Bunu Hindistan Müdafiə Araşdırmaları və Analizləri İnstitutunun baş direktoru Sucan Çinoy deyib.
“ATAGS Hindistanda istehsal olunan çoxmanevrli qurğulardır və olduqca uğurludur. Erməni tərəfi bu qurğuların yarısını alıb və bundan razı qalıb”, - Çinoy bildirib.
Baş direktor Hindistanın İrəvana artıq 40 milyon dollar dəyərində olan “Svati” radiolokasiya komplekslərini tədarük etdiyini xatırladıb və bildirib ki, Ermənistan dəyəri təxminən 250 milyon dollar olan “Pinaka” çoxlüləli raket buraxılış qurğularına maraq göstərib.
Qeyd edək ki, Ermənistanın Hindistandan 2022-ci ildə 155 milyon dollarlıq ATAGS artilleriya sistemlərini sifariş etdiyi barədə məlumat yayılmışdı. Həmin sistemlərin ilk partiyası (6 ədəd) ötən ilin avqusta Ermənistana gətirilmişdi.
Daha çox xəbər:
Ermənistan Hindistandan yeni silahlar almaq İSTƏYİR
Gündəm / DünyaNATO 1.2 milyardlıq sursat alır – Müqavilə
Gündəm / DünyaErmənistanın müdafiə strategiyası: Boş gözləntilər üçün böyük xərclər - ARAŞDIRMA
Gündəm / SiyasətABŞ-dən Ukraynaya növbəti 150 milyonluq yardım
Gündəm / DünyaAzərbaycanda dollarla bağlı rekord qeydə alındı
Gündəm / İqtisadiyyat