Dünya
25 oktyabr 2020
22

Ermənistanda bahalaşma əhalinin narazılığını daha da artırır

Ermənistanda bahalaşma əhalinin narazılığını daha da artırır

Milliinfo.az

Müharibə başlayandan Ermənistanın sosial şəbəkələrində intensiv olaraq qiymətlərin qalxması mövzusu müzakirə olunur. Belə ki, ermənilər sosial şəbəkələrdə müharibədən sonra güllərin, çələnglərin, əsgər geyiminin tikilməsinin, yağ və şəkərin qiymətlərinin artmasından narazıdılar. Məlumata görə, əsgər geyimi 18 000 AMD-dan 25 000 AMD-ya (Qeyd edilir ki, müharibə səbəbi ilə bəzi müəssisələr super mənfəətin 80%-ni də alırlar), adı çəkilməyən supermarketdə isə şəkərin qiyməti 320 AMD-dan 385 AMD-a qədər yüksəlib.

"Report" xəbər verir ki, istifadəçilər həmin supermarketin sahibinin orduya 50 milyon dram ayırdığından sonra, şəkərin və digər ərzaqların qiymətini qaldıraraq bir həftə ərzində ayırdığı pulu artıqlamasıyla qaytardığını bildirirlər. Ermənistandakı könüllü qruplar müharibənin ilk günündən etibarən sərhədçilər üçün paltar, qida, dərman və digər əşyalar toplayaraq arxada fəaliyyətlər göstərirdi. Bu dəfə vətəndaşlar həyəcan keçirirlər ki, bu günlərdə erməni tərəfi döyüş meydanında çox sayda qurban verəndə güllərin qiyməti artıb.

"İrates" qəzeti son 10 gündə mağazalarda kərə yağı və şəkərin qiymətinin qalxdığını qeyd edir. 10 gün əvvəl 1 litr yağın qiyməti 600 AMD-dirsə (bəzilərində 650 AMD, 800 AMD və daha yüksək qiymət ilə satırlar indi), bu gün 750-800 AMD-yə satılır. Bir həftə əvvəl 1 kq şəkər 250-280 AMD-idisə, bu gün 410 AMD-dir, halbuki dünya bazarında şəkərin qiyməti 0,9% azaldı.. Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur. Ermənistan vətəndaşları bunu bilavasitə davam edən müharibə ilə əlaqələndirirlər.

Erməni media müstəvisinin təbirincə, müharibə səbəbindən qiyməti artan əsas mallar güllərdir. Xüsusilə dəfn mərasimlərində tələb olunan çiçəklər - qızılgül, qərənfil, gladioli (gladiolus), demək olar ki, 50-100% bahalaşıb. Satıcılar bir gülü 1 000 AMD-ə satdıqlarını, amma növbəti gün qiyməti qaldırmalı olduqlarını qeyd edirlər. Gül bazarının əməkdaşı hazırda gülləri daha baha qiymətə aldıqlarını bildirirlər. Ancaq deyilənlərə baxmayaraq, məsələn, bir qərənfilin adi 10 dramdan 70 dramadək bahalaşmasının səbəbi qaranlıq qalır. Dünən Yerevanda bir zanbağı orta hesabla 1 500 AMD-yə əldə etmək mümkün idi. Bu qiymət bir sıra mağazada müşahidə olunub. Şəhər sakinləri çələnglərin qiymətlərinin kəskin artdığını da iddia edirlər. Əvvəllər bir çələngin qiyməti 20-30 min dram idisə, indi onu 40-50 min drama əldə etmək olar.

Əsgər geyimlərinin qiymətləri müharibə olmayan dövrə nisbətən artıb. Erməni jurnalistləri sosial şəbəkələrdə erməni istifadəçilərin fikirlərini təsdiqləyiblər. Müşahidələrə görə, bu gün qara bazarda (digər yerlərdə əsgər geyimini yüksək qiymət səbəbindən almaq mümkün deyil) bir paltar dəsti 18-25 min AMD-yə satılır. Müharibədən əvvəl “qara bazar” da qiymətlər 15-17 min dram arasında idi. Qalmaqaldan dərhal sonra Ermənistanın İqtisadi Rəqabəti Qoruma üzrə Dövlət Komissiyası hərbi formaların qiymətlərinin qalxmadığını aydınlatmağa tələsdi.