İqtisadiyyat / Cəmiyyət / Sosial
12 may 2020
54
Karantindən sonra metro və avtobuslarda gediş haqqı artırılacaq?- AÇIQLAMA
Milliinfo.az
Bir neçə gündür ki, sosial şəbkələrdə karantin rejimi bitdikdən sonra Azərbaycanda metro və avtobuslarda gediş haqqının 50 qəpiyə qaldırılacağı ilə bağlı məlumatlar gedir. Mayın 31-də karantin rejimi bitdikdən sonra Azərbaycanda sərnişindaşımada gediş haqqı 50 qəpik ola bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Azərbaycanda sərnişin daşıma çox ucuz qiymətədir: "Post-pandemiyadan sonra sərnişin daşımada qiymətlərin qaldırılacağı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda xəbərlər gedib. Amma düşünürəm ki, post-pandemiya dövründə bu barədə danışmaq tezdir. Koronavirus bəlasından canımızı qurtardıqdan sonra bu barədə danışmaq olar. Post-pandemiya qaldırıldıqdan sonra o vaxt ki, mənzərəni təftiş etdikdən sonra bu məsələyə baxmaq olar".
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev söyləyib ki, qiymətlərin müəyyənləşdirilməsi Tarif Şurası tərəfindən həyata keçirilir: "Bakı Nəqliyyat Agentliyində belə bir məsələ və yaxud da bununla bağlı hər hansı bir təklifin verilməsi müzakirə mövzusu deyil. Ümumillikdə gündəlikdə belə bir şey yoxdur. Bu gün bizim qarşımızda duran əsas məsələ post-pandemiya dövründə sərnişin daşıma prosesini fasiləsiz həyata keçirmək üçün zəruri addımları atmaqdır. İndiki halda qiymət artımı ilə bağlı məsələ müzakirə olunmur".
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov vurğulayıb ki, bu məlumatın haradan çıxmasının özü maraqlıdır: "İlk günlərdə söz-söhbət yarandı ki, qiymətlər qaldırılacağı üçün metro açılır. Pandemiya vəziyyəti bütün dünyada var. Bir çox ölkələrdə pandemiya dövründə metropolitenin tamamilə bağlanması olub. Bütün Bu təkcə Azərbaycanda olan proses deyil. Daha sonra məsələ bir balaca başqa istiqamətdə gündəmə gətirildi. Guya metropoliten sərnişin azlığı olsa da, yenə də optimal hərəkət qrafiki tətbiq etməlidir. Bunun üçün də yeni qatarlar alınmalıdır. Bu səbəbdən də qiymətlər qaldırılmalıdır. Bununla bağlı qeyd edim ki, metropoliten optimal iş rejimində çalışır. Bunun üçün də kifayət qədər qatar var. Məhz qatarların sayı kifayət qədərdir ki, metropoliten bu gün optimal hərəkət qrafiki ilə çalışır. Daha artıq optimal qrafik tədbiq etmək texniki baxımından qeyri-mümkündür. Bu iki iddia da əsassızdır. Ümumiyyətlə, bu gün hər hansı qiymət artımı məsələsi müzakirə olunmur. Yayılan xəbərlər əsassızdır".

Daha çox xəbər:
Karantin rejimi bir il müddətinə uzadıla bilərmi? - Sosial şəbəkələrdə yayılan xəbərlə bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət / SosialAzərbaycanda insanların çölə çıxmasına bir neçə günlük qadağa qoyula bilərmi?-AÇIQLAMA
İqtisadiyyat / SosialBakının nəqliyyat sektorunda çalışanlar pandemiya dövründə işsiz qalmayıb
Cəmiyyət / SosialKarantin rejimi uzadılaca- Prezident açıqladı
Gündəm / Siyasət / Cəmiyyət / SosialBakıda yeni metro stansiyası istifadəyə veriləcək
Cəmiyyət