İqtisadiyyat / Sosial
12 may 2020
40

Azərbaycanda insanların çölə çıxmasına bir neçə günlük qadağa qoyula bilərmi?-AÇIQLAMA

Milliinfo.az

Azərbaycanda insanların çölə çıxmasına bir neçə günlük qadağa qoyula bilərmi?-AÇIQLAMA



Azərbaycanda insanların çölə çıxmasına bir neçə günlük qadağa qoyula bilərmi?-AÇIQLAMA


Türkiyədə 4 gün küçəyə çıxmaq qadağan edilib. Koronavirus pandemiyası ilə əlaqədar 16, 17, 18, 19 may tarixlərində küçəyə çıxmaq qadağan edilib. Azərbaycanda da insanların çölə çıxmasına bir neçə günlük qadağa qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan depututat Aydın Mirzəzadə bildirib ki, hər bir ölkə koronavirusun yayılma sürətinə görə qərarlar qəbul edir: "Türkiyə böyük ölkədir. Oraya gediş-gəliş həddindən artıq çoxdur. Ona görə də yoluxanların sayı kifayət qədərdir. Türkiyənin belə bir addım artması koronavirusun ölkə ərazisində qarşısını almaq məqsədi daşıyır. Azərbaycanda da koronavirusa yoluxanların sayı çoxalsa, bu cür addım atıla bilər. Hazırda Azərbaycan koronavirusa yoluxanlar və ölənlərin sayına görə öndədir. Bugünkü məhdudiyyətlər elektron icazə üsulu və müəyyən bölgələrin karantində saxlanması günün tələblərinə cavab verir. Əgər Bakı, Sumqayıt, Abşeron və Lənkəranda kəskin artım müşahidə olunsa, Azərbaycanda da bu tədbiq edilə bilər. Vaxtaşırı Operativ Qərargah mövcud vəziyyətlə bağlı məlumat yayır. Hər şey insanların sosial davranışından asılıdır. Maska taxılsa, sosial məsafə qorunsa, ehtiyac olmadıqca evdən çölə çıxılmasa hesab edirəm ki, bunu etməyə ehtiyac qalmayacaq".