Dünya
21 iyul 2021
29

Ermənistanın mövcud olmayan “ordu”su NATO təlimlərindən imtina etdi...

Ermənistanın mövcud olmayan “ordu”su NATO təlimlərindən imtina etdi...

Ermənistan “ordusu”nun hərbçiləri Gürcüstanda iyulun 26-dan avqustun 6-dək keçiriləcək “Agile Spirit 2021” beynəlxalq hərbi təlimlərində iştirak etməyəcək.

Nə qədər gülünc səslənsə də, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Daxili auditoriyaya ünvanlanan bu xəbəri oxuyarkən ağıla ilk olaraq bir sual gəlir: “Hansı ordu?” Məgər, Ermənistanın ordusu var, bizim xəbərimiz yoxdur?

Axı, Azərbaycan Ordusu 44 günlük müharibə zamanı təkcə “qüdrətli Ermənistan ordusu” mifini deyil, həm də bütövlükdə həmin “ordu”nun özünü də məhv edib. Belə olan halda Gürcüstandakı təlimlərdə iştirakdan imtina edən kimdir? Ahıl yaşa çatmasına baxmayaraq, əlinə silah verib müharibəyə göndərdikləri şəxslər, yoxsa içkili vəziyyətdə “şirə dönən”, ayıq başla isə gizlənməyə deşik axtaran erməni quldurları?

Hər halda açıqlama verilərkən ağıldan istifadə olunmasa da, Ermənistan MN-in qərarı hansısa baxımdan məntiq çərçivəsinə sığır. Əks halda sadaladığımız şəxslərdən bir birlik təşkil edib Gürcüstana göndərmək, orada isə həmin şəxsləri NATO standartlarına “uyğunlaşdırmaq” müşkül məsələyə çevrilərdi...

Hər halda, görünür, Ermənistan MN özünü növbəti rüsvayçılıqdan sığortalamaq üçün bu addımı atıb. Çünki müzəffər Azərbaycan Ordusunun da qatılacağı bir platformada “orducuq”la təmsil olunmağa başqa ad tapmaq çətindir!