Gündəm / Hadisə
18 oktyabr 2020
27
HƏM ORDUSU, HƏM DƏ İQTİSADİYYATI MƏHV OLUR! – Düşmənin diz çökəcəyi gün uzaqda deyil!
Milliinfo.az
Şanlı ordumuzun zəfər yürüşü işğalçı ölkənin hər mənada dizini yerə qoyması ilə nəticələnməkdədir. Ermənistan rəhbərliyində müşahidə olunan çaşqınlıq, başıpozuqluq və ümidsizliyi şərtləndirən əsas səbəb ordumuzun durmadan irəliləməsilə yanaşı, işğalçının bu savaşı sürdürmək üçün heç bir ciddi potensialının, xüsusilə də insan resursları və iqtisadi gücünün olmamasıdır.Bu savaş göstərdi ki, müasir müharibənin həlledici elementi ən yeni texnologiyalar əsasında hazırlanan ağıllı, yüksək dəqiqliyə malik silahlardır. Bu silahlar isə olduqca bahalıdır və onların istehsalı çox az sayda ölkələrdə mövcuddur. Və belə silahları hər hansı bir ölkə Ermənistan kimi cılız, işğalçı dövlətə müftə verməyi heç ağlının ucundan da keçirmir. Bu silahlar 1970-80-ci illərin paslanmış tankları, topları deyil ki, onları kimsə ermənilərə peşkəş etsin. Onları pulla almağa isə Azərbaycandan fərqli olaraq, Ermənistanın onsuz da çabalayan iqtisadiyyatının gücü çatmır.
Müxtəlif mənbələrin təxmini hesablamalarına görə, müharibə başlayandan bu günə kimi Ermənistan tərəfinə 1.5-2 milyard dollar civarında iqtisadi ziyan dəyib. Azərbaycanın ölkə başçısı da son müsahibələrinin birində Ermənistan ordusunun 2 milyard dollara yaxın dəyərdə hərbi texnika və avadanlığının məhv edildiyini bildirdi. Və bu gedişlə sözügedən rəqəmin daha da artacağı şəksizdir. Doğrudur, məhv edilən hərbi texnikanın böyük hissəsi Rusiya tərəfindən Ermənistana ya müftə, ya da güzəştli şərtlərlə verilən silahlardır. Çünki Ermənistan iqtisadiyyatının, hərbi büdcəsinin bu qədər silahı ala biləcək gücü yoxdur. Lakin bu silahların, texnikanın da insan resursları kimi tükənmək üzrə olduğu göz önündədir. Artıq qaçaq vasitələrlə silah daşınmasına baxmayaraq, bu yolla genişmiqyaslı hərbi əməliyyatlar aparmağa kifayət edəcək qədər silah-sursat toplamaq mümkün olmayacaq.
Digər tərəfdən yaxşı məlumdur ki, istənilən hərbi güc iqtisadi gücə dayanır. İqtisadi güc baxımından Azərbaycanla Ermənistan arasındakı fərq isə olduqca böyükdür və bu fərq döyüş meydanında özünü getdikcə daha qabarıq formada biruzə verməkdədir. Adi makroiqtisadi göstəricilərə nəzər yetirmək kifayətdir ki, Ermənistanın iqtisadi baxımdan Azərbaycanla savaşa nə dərəcədə hazır olduğuna dair təsəvvür yaransın.
Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 47 milyard dollar olduğu halda, Ermənistanın ÜDM-i cəmi 13.5 milyarddır. İki ölkənin illik büdcələri arasındakı fərq də təxminən dörd dəfəyə yaxındır. Ermənistanın büdcəsi cəmi 3.5 milyard dollardır ki, onun da 630 milyonu hərbi xərclərə ayrılıb. Azərbaycanın hərbi büdcəsi isə 2.3 milyard dollara yaxındır və az qala Ermənistanın hərbi büdcəsini dörd dəfə üstələyir. Büdcəmizdəki bu məbləğin təxminən 1 milyard dolları təkcə silah-sursat və hərbi sənayeyə ayrılıb. Bu, o deməkdir ki, Azərbaycanın təkcə silaha verdiyi pul Ermənistanın ümumilikdə hərbi büdcəsini iki dəfə üstələyir.
Yeri gəlmişkən, 2020-ci ilin büdcəsi təsdiqlənəndə Ermənistanda bəzi mütəxəssislər Paşinyan hökumətini az qala vətənə xəyanətdə ittiham edirdilər. Çünki yeni büdcədə hərbi xərclər ötən illə müqayisədə artırılmamışdı, dondurulmuşdu. Onlar qeyd edirdilər ki, Azərbaycan bütün iqtisadi çətinliklərə baxmayaraq, müdafiə xərclərini 20 faiz artırıb, Ermənistan isə bunu etməyib. Lakin Paşinyan hökuməti özündən razı formada bu tənqidlərə əhəmiyyət vermədi və populist davranışlarını davam etdirdi.
Daha bir müqayisə olunmalı göstərici valyuta rezervləridir. Azərbaycanın valyuta ehtiyatları ümumilikdə 50 milyard dollara yaxın olduğu halda, Ermənistanın valyuta rezervləri cəmi 2.6 milyarddır. Ortada 20 dəfəyə yaxın fərq var. Əvəzində, Ermənistanın xarici borcu bu kiçik və ölümcül durumdakı iqtisadiyyat üçün katastrofik həddədir – təxminən 6 milyard dollar. Yəni valyuta rezervlərindən və illik büdcəsindən təxminən iki dəfə çox! Bu, nəinki regionda, bütünlükdə dünyada elə də tez-tez rast gəlinən göstərici deyil və bir ölkənin faktiki defolt vəziyyətində olduğundan xəbər verir
Daha çox xəbər:
Ramiz Mehdiyev sərhəddə baş verənlərə münasibət bildirdi
Siyasətİlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
SiyasətErməni siyasətçi: “Dünyanın heç yerində Paşinyanı ciddiyə almırlar”
Siyasət / DünyaDönüklər hakimiyyətə can atır Serj Sarkisyan Robert Koçaryanın yanına niyə getdi?
Siyasət / DünyaAzərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir
Siyasət