Siyasət / Dünya
27 iyun 2020
61
Dönüklər hakimiyyətə can atır Serj Sarkisyan Robert Koçaryanın yanına niyə getdi?
Dönüklər hakimiyyətə can atır
Serj Sarkisyan Robert Koçaryanın yanına niyə getdi?
İşğalçı ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsdən girov müqabilində azad edilməsindən heç iki gün keçməmiş cinayətkar “Qarabağ klanı”nın digər nümayəndəsi Serj Sarkisyan bütün köhnə çəkişmələri unudaraq onun görüşünə tələsib.
Ölkədə hakimiyyət kollapsı və faciəvi siyasi-iqtisadi vəziyyət nəzərə alınarsa, onların nə barədə danışmalarını anlamaq o qədər də çətin deyil. Üstəlik, rusiyalı oliqarxlardan girov qismində çatdırılan Ermənistan üçün misilsiz məbləğdə - 2 milyard dram həcmində yardım da onu göstərir ki, cinayətkarlıqda “məşhuri-cahan” olan bu cütlük hakimiyyətə qayıtmağa ümid edir.
AZƏRTAC xəbər verir ki, bütün bunlar Ermənistanda onların cinayətkar idarəçiliyi barədə tənqidi çıxışların sakitləşmədiyi bir dövrdə baş verir, onlara düşməncəsinə münasibət əvvəlki səviyyədə qalmaqda davam edir. Görəsən, onların eyni dəryaya ikinci dəfə ayaq basmaq kimi tamahları haradan qaynaqlanır? Görünür, onların ümidləri o faktla bağlıdır ki, Rusiya hərbi-siyasi isteblişmentində nüfuza malik erməni əsilli rusiyalı oliqarxlar hələ də Ermənistanda daxili siyasi proseslərə təsir etmək imkanına malik olduqlarını Paşinyana göstərmək qərarına gəliblər.
Axı, Ermənistanın yeni hakimiyyət orqanları tərəfindən Koçaryanın təqib edilməsinin əsl səbəbi qan düşmənçiliyi deyil. Əsl səbəb odur ki, korrupsiyaya Koçaryandan heç də az qurşanmamış baş nazir Nikol Paşinyan Ermənistanın ikinci prezidentini öz aktivlərini Rusiyadan Ermənistana – Paşinyanın sərəncamına keçirməyə məcbur etmək arzusundadır. Söhbət milyonlarla dollardan gedir və bu yolda sonuncu axıradək gedəcək.
Tamamilə təbii haldır ki, belə bölüşdürmə əlləri dirsəyinədək nəinki Dağlıq Qarabağın yerli azərbaycanlı əhalisinin, həm də öz ermənilərinin qanına batmış sabiq səhra komandirini qane etmir. Bu aktivlər Koçaryan üçün bir növ “təhlükəsizlik yastığı”dır. Axı, hər kəsə bəllidir ki, Robert Koçaryana “yardım əlini uzadan” rusiyalı oliqarxlar bunu ürəklərinin genişliyindən, yaxud onu hakimiyyətə qaytarmağı arzuladıqlarına görə etməyiblər. Buna səbəb Koçaryanın ödəmə qabiliyyətli olmasıdır.
Bununla belə, istisna etmək olmaz ki, Rusiyanın erməni oliqarxlarının yuxarı təbəqələri quldur Koçaryanın Ermənistanda siyasi hakimiyyətə qayıtmasını arzulayırlar. Lakin bu fani dünyada pul hələ də başlıca rol oynayır.
Paşinyan Dağlıq Qarabağın əsas separatçısı, özünün “əlaltısı” oliqarx Araik Arutyunyanı kresloya oturtmaqla çox nahaq hesab edir ki, “Qarabağ klanı”nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırıb. Xüsusən də yada salsaq ki, Araik Arutyunyanla Serj Sarkisyan biznes ortaqlarıdır. Bu fakt isə onu göstərir ki, Sarkisyan ən azı separatçı qurumun hərbi-siyasi elitası arasında hələ də nüfuza malikdir və bu, çox şey deməkdir.
Bir tərəfdən də Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan erməni ictimaiyyəti arasında Nikol Paşinyan barəsində mənfi rəy yaratmaq məqsədilə onu fasiləsiz olaraq gözdən salır.
Bir sözlə, bu quldur cütlük nə isə təşkil etməyə hazırlaşır.
Daha çox xəbər:
"Nikol Paşinyanın bu addımları tezliklə onun sonunu gətirəcək"- RƏY
Siyasət / DünyaSiyavuş Novruzov: “Beşinci kolon” korrupsionerləri müdafiə edir”
SiyasətDünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir
SiyasətDİN gənc müğənnilərin polisə dəstək videoçarxı hazırlamasına münasibət bildirdi
Gündəm / CəmiyyətŞuşasız 27 il...
Gündəm