Dünya
22 iyul 2021
28

Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi

Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi

Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.

Aysor.am xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, - deyə Paşinyan vurğulayıb.