Gündəm / Cəmiyyət
19 noyabr 2024
0
Bunu yalnız media deyir, ABŞ təsdiqləməyib - Rusiya

ABŞ-ın Rusiyanın dərinliklərinə zərbə endirilməsi ilə bağlı qərarı rəsmi olaraq təsdiqlənməyib.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyada təşkil olunan Böyük İyirmilik (G20) sammitinin yekunları ilə bağlı çıxışında deyib.
O bildirib ki, bu yöndə məlumatlar yalnız kütləvi informasiya vasitələrindən gəlməkdədir.
