Gündəm / Dünya
30 avqust 2023
0
Türkiyə XİN rəhbəri Rusiyaya səfər edəcək

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan 31 avqust-1 sentyabr tarixlərində Rusiyaya səfər edəcək. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ən yüksək səviyyədə təmasların cədvəlini və Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Sentyabrın 9-10-da Lavrov G20 sammitinin iki plenar sessiyasında çıxış edəcək, eyni zamanda bir sıra ikitərəfli danışıqlar nəzərdə tutulur”, - deyə Zaxarova əlavə edib.
Mənbə: TASS
