Gündəm / Dünya
20 noyabr 2024
0
Pezeşkian Roma Papasına çağırış etdi
İran Mədəniyyət və Kommunikasiya Qurumunun prezidenti Höccətülislam Məhəmməd Mehdi İmanipur Katolik xristianların ruhani rəhbəri və Roma Papası Fransisklə görüşüb.
“Mehr” Agentliyinin məlumatına görə, görüşdə Höccətülislam İmanipur İran prezidenti Meəsud Pezeşkianın göndərdiyi məktubu Roma Papası Fransiskə çatdırıb.
Pezeşkianın məktubunda deyilir: “Ümid edirəm ki, dünyada sülh və ədalətin yayılması üçün İran və Vatikan arasında konstruktiv əlaqələr daha da artacaq”.
Pezeşkian Papa Fransiski Qəzza və Livan xalqlarına kömək etmək və İsrail rejiminin davam edən hücumlarını dayandırmaq üçün əlindən gələni etməyə çağırıb.

Daha çox xəbər:

"Azərbaycan və Ermənistan sərhədindəki gərginliyi Rusiya həll etdi" - Roma Papası
Gündəm
Roma Papası İrəvanla Bakıya sülh arzulayıb
Dünya
İran Prezidenti ilk xarici səfərini İraqa edəcək
Gündəm / Dünya
Ərdoğan Pezeşkianla GÖRÜŞƏCƏK
Gündəm / Cəmiyyət
Pezeşkian İran prezidenti kimi nə vaxt and içəcək? - AÇIQLAMA
Gündəm / Dünya