Dünya
01 may 2019
51
Kann kinofestivalının təşkilatçıları jürinin tam tərkibini açıqlayıb

Yunanıstan aktyoru və ssenaristi Yorqos Lantimos, polşalı rejissor Pavel Pavlikovski və aktrisa El Fanninq 72-ci Kann kinofestivalının münsiflər heyətinə daxil olub.
BEŞ.AZ AZƏRTAC-a istinadən bildirir ki, ekran əsərləri, həmçinin ssenarist Roben Kapiyo, kinorejissorlar Enki Bilal və Aliçe Rorvaher tərəfindən qiymətləndiriləcək. Jüriyə meksikalı rejissor Alehandro Qonsales İnyarritu başçılıq edəcək.
Mayın 14-25-də keçiriləcək festivalın seçim komitəsinə təxminən 2 min tammetrajlı əsər daxil olub. Onların arasından yalnız 60 film Kann kinofestivalı üçün seçilib.
