Dünya
07 avqust 2021
24
Koronavirusa qarşı antitelin insan bədənində qalma müddəti AÇIQLANDI
Elm adamları koronavirusa qarşı antitellərin insan bədənində nə qədər qala biləcəyini açıqlayıblar.
Bu barədə Barselonanın Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) saytında məlumat verilib.
Araşdırmaya görə, yoluxan orqanizmdə antitel səviyyəsi yeddi ay sonra da sabit qalır və ya hətta yüksəlir. Mütəxəssislər insanların 75 faizində xəstəliyin başlanmasından beş ay sonra antitellərin sayının artdığını və koronavirusa yenidən yoluxma faktının olmadığını qeyd ediblər.
Həmçinin, soyuqdəymə səbəbindən xəstələnmiş, eyni zamanda koronavirusa yoluxmuş orqanizmdə də antitellərin əlavə qorunmanı təmin etdiyi ortaya çıxıb.
Xatırladaq ki, daha əvvəl Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri Fakültəsinin Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri, professor Sergey Netesov da COVID -19-a qarşı hüceyrə toxunulmazlığının qorunma vaxtını açıqlamışdı. Onun fikrincə, peyvənddən sonra orqanizmdə antitelin fəaliyyəti, təxminən altı ay davam edir.
Daha çox xəbər:
Alimlər koronavirusu üçün ən həssas insan hüceyrələrini təyin edib
Dünya / Səhiyyə“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
---“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
---Koronavirusdan mübarizənin yeganə üsulu açıqlandı
Dünya / SəhiyyəRusiyanın koronavirusa yoluxan Baş nazirindən xəbər var
Dünya