Dünya
17 sentyabr 2021
28
Əcnəbi tələbələrlə bağlı hökumətə müraciət olunacaq
“Oktyabr ayında bu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yeni qəbul olunan əcnəbi tələbələrin siyahısı dəqiqləşdiriləcək. Hansı ölkələr üçün sərhədlər açıq deyilsə, hökumətə onlara köməklik olunması ilə bağlı müraciət olunacaq”.
Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda ölkəmiz 42 ölkəyə açıqdır. Həmin ölkələrin vətəndaşları Operativ Qərargahdan icazə almadan pasportunu göstərməklə ölkəyə gələ bilər.
T.Əhmədov əlavə edib ki, ötən ilin statistikasına əsasən, Azərbaycanda 89 ölkədən 6600 əcnəbi tələbə təhsil alır. Onların arasında hökumətlərarası təqaüd proqramları ayrılmış tələbələr də var.

Daha çox xəbər:

Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar
Təhsil
Hökumətlərarası təqaüd proqramlarına dair internet səhifəsi istifadəyə verilib
Cəmiyyət / Təhsil
Universitetlərdə tədris distant olacaq? - AÇIQLAMA (YENİLƏNİB)
Gündəm / Təhsil
Təhsil naziri məktəblərin açılmasından danışdı
Təhsil
Rus bölməsinin abituriyentləri üçün qəbul imtahanı qaydası dəyişdirildi
Təhsil