Dünya
12 noyabr 2021
30
Lukaşenko Putindən patrul xidməti köməyi istəyib
Belarus Prezidenti Aleksandr Lukaşenko eyni zamanda İttifaq dövlətinin sərhədi olan Polşa-Belarus sərhədində birgə keşik çəkmək üçün Rusiyadan kömək istədiyini açıqlayıb.
Milliinfo.az lenta.ru-ya istinadən xəbər verir ki, Lukaşenko Rusiya prezidenti Vladimir Putin vasitəsilə Rusiya Müdafiə Nazirliyinə sorğu göndərib.
“Onlar (Rusiya ordusu – red.) bizim qırıcılarımızın müşayiəti ilə bura strateji bombardmançı təyyarələr göndərdilər. Biz sərhəddəki vəziyyəti daim nəzarətdə saxlamalıyıq. Qoy yazsınlar, qışqırsınlar. Bəli, bunlar nüvə silahı daşıya bilən bombardmançılardır”, - deyə Lukaşenko bildirib.
Rusiya bombardmançı təyyarələri Belarusun Ukrayna, Polşa və Baltikyanı ölkələrlə sərhədində Qomeldən Postava qədər yarımdairə çəkərək patrul edəcək. Lukaşenkonun sözlərinə görə, bütün sərhəd boyu “vəziyyət ciddidir”.
Belarus prezidenti silahlı qüvvələrin ölkənin qərb sərhədinə birləşdirilməsindən narahatdır. O, sərhədçilərə və Dövlət Təhlükəsizlik Komitəsinə Polşada və bütün Şimali Atlantika Alyansında qoşunların hərəkətinə nəzarəti təmin etməyi tapşırıb. "Görürsünüz ki, artıq 15 min hərbi qulluqçu (Polşa hərbçiləri Belarusla sərhəddə - red.), tanklar, zirehli maşınlar, helikopterlər təyyarələrlə uçurdu”, - deyə Lukaşenka nazirlər şurasında qeyd edib.
Daha çox xəbər:
Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması yeritdi
Siyasət / DünyaPutin Tovuz döyüşləri haqda danışdı
Siyasət / DünyaPutin hər kəsin gözü qarşısında üzü üstə YERƏ YIXILDI - Şok GÖRÜNTÜLƏR/VİDEO
Dünya / İdmanPutin təlimdə həlak olan nazirə Rusiya Qəhrəmanı adı verdi
SosialRusiyanın ən təhlükəli hərbi təyyarəsi hansıdır? ŞƏRH
Gündəm / Dünya