Dünya
18 noyabr 2021
20
Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA
"İrəvan Rusiya Müdafiə Nazirliyinin Bakı ilə demarkasiyaya hazırlıq mərhələsinə dair təklifləri ilə razıdır".
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Mənim dünənki bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiya ilə bağlı hazırlıq mərhələsinə dair təkliflərlə çıxış edib. Və mən təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur", - Paşinyan bildirib.
Həmçinin də, Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri həyata keçirmək üçün detalları dəqiqləşdirməyi tapşırıb.
Daha çox xəbər: