Dünya
15 yanvar 2022
32
THY PCR test tələbini ləğv etdi
Türk Hava Yolları (THY) Türkiyədə bütün daxili reyslərdə sərnişinlərin təyyarəyə minərkən PCR testi tələbini ləğv edib.
Bu barədə hava daşıyıcısının baş direktoru Bilal Ekşi Tvitter hesabında məlumat verib.
"Səlahiyyətli orqanlarımızın qəbul etdiyi qərara uyğun olaraq, bütün sərnişinlərimizdən artıq daxili reyslərdə PCR testləri tələb olunmur. Onlar üçün HES kodunu təqdim etmək kifayət edəcək", - Ekşi yazıb.
Qeyd edək ki, Türkiyəyə gələn bütün əcnəbilər sağlamlıq kodunu (HES kodu) almaq üçün ölkəyə girişdən 72 saat əvvəl elektron sorğu vərəqələrini doldurmalıdırlar. Bu, “register.health.gov.tr” saytında edilməlidir, bundan sonra fərdi HES kodu avtomatik olaraq verilir.
Xatırladaq ki, son həftələr Türkiyədə koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Səhiyyə naziri Fahrettin Koca bu vəziyyəti ölkədə dominant hala gələn yeni “omicron” ştamının yayılması ilə əlaqələndirib.

Daha çox xəbər:

Türk Hava Yolları Əfqanıstana uçuşları ləğv etdi
Gündəm / Cəmiyyət
Azərbaycandan Rusiyaya səyahət edənlərin nəzərinə: yeni qaydalar qüvvəyə minir
Cəmiyyət
Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni qaydalar qüvvəyə minir
Gündəm / Cəmiyyət
Türkiyədə daha 1356 nəfər koronavirusa yoluxdu
Dünya
Türkiyə karantin müddətini 7 günə endirdi
Gündəm / Dünya