Dünya
21 fevral 2022
47
Çexiya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
“Ukraynada olan Çexiya vətəndaşları bu ölkəni tərk etməlidirlər”.
Bu barədə jurnalistlərə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
“Biz Rusiyanın hərəkətləri nəticəsində bu regionda (Ukraynanın şərqində - Red) yaranmış çox ciddi vəziyyəti müşahidə edirik. Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə daimi əlaqə saxlayırıq. Xarici İşlər Nazirliyi tezliklə Ukraynaya səyahətlə bağlı tövsiyələr dərc edəcək. Hazırda isə vətəndaşlarımızı Ukraynaya səfər etməməyə çağırmaq istəyirəm”, - nazir deyib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynada 114 Çexiya vətəndaşı var. Qeyd olunub ki, hazırda Çexiyanın Ukraynadkı səfirliyi və baş konsulluğu əsas funksiyalarını yerinə yetirməkdə davam edir.
Bundan başqa, Çexiya XİN yanında Ukraynaya humanitar yardımın göstərilməsi məsələlərini nəzərdən keçirmək üçün qrup yaradılıb. Yaxın vaxtlarda bu ölkəyə 10 milyon kron (təxminən 400 000 avro) dəyərində daha bir tibbi və humanitar yük göndəriləcək.
Daha çox xəbər:
Ərdoğan İlham Əliyevin Ukraynaya səfərindən DANIŞDI
Gündəm / Dünya“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir” - Bayden
Gündəm / DünyaRusiyanı ciddi sanksiyalar və NATO təhlükəsi gözləyir
Gündəm / Cəmiyyətİlham Əliyev Ukraynaya səfər etdi
Gündəm / Siyasətİlham Əliyev Çexiya ilə sazişi TƏSDİQLƏDİ
Gündəm / Siyasət