Gündəm / Dünya
19 fevral 2022
48
“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir” - Bayden
“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etmək qərarına gəlib”.
Milliinfo.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.
O, Ağ Evdə jurnalistin “Prezident Putin Ukraynaya hücum etmək niyyətindədirmi” sualına “hə” deyərək cavab verib.
“Rusiya qüvvələri hazırda Ukraynanı mühasirəyə alıb. Hesab etməyə əsasımız var ki, Rusiya qüvvələri gələn həftə, qarşıdakı günlərdə Ukraynaya hücum etməyi planlaşdırırlar və niyyətindədirlər. Biz hesab edirik ki, onlar hədəf olaraq Ukraynanın paytaxtı - 2,8 milyon günahsız insanın yaşadığı Kiyev şəhərini seçəcəklər”, - deyə Bayden əlavə edib.

Daha çox xəbər:

"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden
Gündəm / Dünya
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum oldu
Dünya
Rusiya təlim bəhanəsi ilə şimaldan hücum edəcək
Gündəm / Dünya
“16 fevral diqqəti yayındırmaq üçün idi, hücum 20-si olacaq” - Məşhur nəşr
Gündəm / Cəmiyyət
Putin təlimdə həlak olan nazirə Rusiya Qəhrəmanı adı verdi
Sosial