Dünya
28 mart 2022
22
Gürcüstanda açıq havada maskadan istifadə tələbi ləğv edildi

Bu gündən etbibarən Gürcüstanda açıq havada qoruyucu maska taxmaq məcburiyyəti ləğv edilib.
İctimai nəqliyyat və qapalı məkanlarda maska taxmaq tələbi qüvvədə qalır.
Gürcüstan hökumətinin qərarı ilə bu gündən koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan bir sıra digər məhdudiyyətlər də aradan götürülüb. Belə ki, qida obyektləri, idman, mədəni və digər ictimai tədbirlərdə ziyarətçilərin sayına qoyulmuş məhdudiyyət qüvvədən düşüb. Uzaq məsafədən çalışan şirkət əməkdaşları üçün distant iş rejimi də ləğv edilib.
Bununla yanaşı, Gürcüstana PCR test olmadan dönən ölkə vətəndaşları beşgünlük özünütəcrid rejiminə keçmək öhdəliyindən azad olunublar.
Qeyd edək ki, fevral ayının ortalarından Gürcüstanda epidemioloji vəziyyət sürətli templərlə yaxşılaşmağa başlayıb. Qonşu ölkədə pandemiyanın sona yaxınlaşdığı bildirilir.

Daha çox xəbər:

Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - Yenilənib
Gündəm / Cəmiyyət
Sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi bu gündən yumşaldılır
Cəmiyyət
Gürcüstanda yanacaq satışı 40% azalıb 23 Aprel, 2020 13:31
Dünya
Gürcüstanda koronavirusa yoluxanların sayı 456-ya çatdı
Dünya / Səhiyyə
Bakıda maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Cəmiyyət / Sosial