Cəmiyyət / Sosial
03 iyun 2020
73
Bakıda maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Milliinfo.az
Bakı Şəhər Baş Polis İdarəsi paytaxt ərazisində tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı reyd keçirib.
Metbuat.az xəbər verir ki, idarədən trend-ə verilən məlumatda bildirilir ki, bu gündən müəyyən olunmuş yerlərdə maska taxmayan vətəndaşlar cərimə olunacaq: "Maskalardan mütləq şəkildə istifadə olunmalı yerlərdən biri də avtobuslardır.
İnsanlar avtobusa daxil olmadan maskanı taxmalıdır və bütün yol boyu çıxarmaq qadağandır. Maska taxmaqla bağlı tələbin ilk dəfə pozulmasına görə, cərimə 50 manatdan 200 manata qədərdir.
Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində maskalardan istifadə ilə bağlı reyd keçirilib. Reyd zamanı Bakı Nəqliyyat İdarəsinin könüllüləri maskadan istifadə etməyən vətəndaşlara maska paylayıb. Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimə də olunub. Azərbaycanda karantin rejimi dövründə vətəndaşlar ictimai nəqliyyatda, bazarlarda, ticarət obyektlərində, bankomatların və ödəniş terminallarının qarşısındakı növbələrdə və digər yerlərdə maska taxmalıdır. Əks təqdirdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək".

Daha çox xəbər:
Maskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək
Cəmiyyət / SosialBakı polisi sakinlərə ciddi səbəb olmadan evdən çıxmamağı tövsiyə edir
CəmiyyətDİN evdən çıxmaq icazəsi olan vətəndaşlara xəbərdarlıq etdi
Cəmiyyət / HadisəBakıda ictimai nəqliyyatdan istifadə edənlərin sayında artım müşahidə olunur
Gündəm / CəmiyyətAzyaşlılara siqaret satanlara qarşı reyd - 6 mağaza aşkar edildi
Cəmiyyət