Cəmiyyət
04 may 2020
47
Bakı polisi sakinlərə ciddi səbəb olmadan evdən çıxmamağı tövsiyə edir
Milliinfo.az
Bakı Şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə müraciət edib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş bəzi şəxslərin müvafiq icazələrdən sui-istifadə edərək, ciddi zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.
“Zərurət yaranmadıqda vətəndaşlara şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir şəxsə ciddi səbəb olmadan evdən çıxmamaları tövsiyə edilir”,-deyə müraciətdə bildirilir.

Daha çox xəbər:
DİN evdən çıxmaq icazəsi olan vətəndaşlara xəbərdarlıq etdi
Cəmiyyət / HadisəBakıda maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Cəmiyyət / SosialKarantin rejimini pozduğuna görə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
CəmiyyətXaçmaz və Siyəzən polisi gücləndirilmiş iş rejimində çalışır
GündəmKarantin rejiminin pozan sürücülər inzibati məsuliyyətə cəlb edildi
Cəmiyyət