Dünya
31 mart 2022
27
“Mən hər şeyi etmişəm” - Zelenski
“Mən hər şeyi etmişəm, edirəm və edəcəyəm ki, xalqımız ədalət bərpa olunana qədər özünü müdafiə edə bilsin”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
Zelenski qeyd edib ki, bütün bunlar Ukraynanın ayaqda qalması üçündür:
“Bu gün (30 mart) çox aktiv bir diplomatik günüm oldu. İstəklərimiz bəllidir - Ukraynaya silah, Rusiyaya qarşı yeni sanksiyalar və dövlətimizə maliyyə dəstəyi. ABŞ Prezidenti Baydenlə söhbətim olub. Çox təfərrüatlı, bir saat davam etdi. ABŞ-a yeni 1 milyard dollarlıq humanitar yardım paketi və əlavə 500 milyon dollarlıq birbaşa büdcə dəstəyi üçün təşəkkür etdim. Baydenə Ukraynaya nə lazım olduğunu dedim. ABŞ-ın dəstəyi bizim üçün vacibdir. İndi isə Ukrayna ilə çiyin-çiyinə vermək, demokratik dünyanın bütün gücünü göstərmək xüsusilə vacibdir. Əgər biz birlikdə azadlıq uğrunda mübarizə aparmaq istəyiriksə, o zaman tərəfdaşlarımızdan bunu xahiş edirik. Heç bir mübaliğəsiz Rusiyaya qarşı Vətən Müharibəsi gedir”.
Daha çox xəbər:
Zelenski Putinlə birbaşa danışıqlara hazır olduğunu DEDİ
Gündəm / DünyaZelenski ABŞ Senatında çıxış edəcək
Gündəm / Dünya"Ukraynanı tərk etmək fikrim yoxdur" - Zelenski
Gündəm / Dünya"Ukraynada 4 AES-in hamısı müharibə səbəbindən təhlükə altındadır" - Zelenski
Gündəm / DünyaABŞ Rusiyaya XƏBƏRDARLIQ ETDİ
Gündəm / Dünya