Dünya
18 aprel 2022
21
Türkiyə ordusu antiterror əməliyyatına BAŞLADI

Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.
Milliinfo.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit" əməliyyatına başladığını açıqlayıb.
Nazir əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib:
“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.

Daha çox xəbər:

Türkiyə ordusundan terrorçulara qarşı növbəti ƏMƏLİYYAT
Gündəm / Cəmiyyət
İraqın şimalında və Türkiyədə 12 terrorçu zərəsizləşdirilib
Dünya
İraqın şimalında 9 PKK terrorçusu məhv edildi
Siyasət / Dünya
Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılmasından DANIŞDI
Dünya
Hulusi Akar: “Generalımız və digər əməkdaşlarımız Azərbaycana getməyə hazırdır”
Siyasət