Dünya
02 iyun 2022
22
Paşinyan Rəisi ilə regional kommunikasiyaların açılmasını müzakirə etdi
Ermənistanın baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Onlar ikitərəfli və regional gündəliyin bir sıra mühüm məsələlərini müzakirə ediblər.
Xüsusilə, tərəflər regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasına başlanması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması perspektivlərini nəzərdən keçiriblər.
Ermənistanın baş naziri Brüsseldə 22 may tarixində keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını da Rəisi ilə bölüşüb.
Mənbə: Sputnik Ermənistan

Daha çox xəbər:

Azərbaycan və Ermənistan liderləri sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər
Gündəm / Siyasət
Azərbaycan və Ermənistan liderləri bu barədə razılığa gəldilər
Gündəm / Siyasət
İran Prezidenti Paşinyanla görüşdü
Gündəm / Dünya
Paşinyan Putinlə Qarabağı müzakirə edib
Gündəm / Dünya
İlham Əliyev Ərdoğana zəng ETDİ
Gündəm / Siyasət