Dünya
21 oktyabr 2022
13
Ermənistan Yuxarı Lars keçid məntəqəsində nəzarəti gücləndirdi
Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində giriş-çıxışa nəzarətin gücləndirildiyini açıqlayıb.
Bu barədə o, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun iştirak etdiyi erməni sahibkarlarla görüşdən sonra bildirib .
Onun sözlərinə görə, Krım körpüsündə törədilən terror aktından sonra keçid məntəqəsində nəzarət gücləndirilib.
"Yuxarı Larsda yeni zolaqların açılması ilə keçid qabiliyyəti artacaq, lakin indi iki problem var - hava şəraiti, bilirsiniz ki, qışda orada nəqliyyat çətinləşir və təhlükəsizlik problemi", - Kerobyan deyib.
Nazir əlavə edib ki, artıq Reşetnikovla keçid məntəqəsində yüklərin daşınması üçün daha sərbəst icazənin bərpası məsələsini müzakirə edib və hazırda orada böyük növbələrin yarandığını qeyd edib. O, həmçinin Gürcüstanın Poti ilə Rusiyanın Kavkaz limanı arasında alternativ bərə reyslərinin açılmasının zəruriliyini və hava yüklərinin daşınmasının vacibliyini qeyd edib.
Daha çox xəbər:
Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? - Video
Gündəm / CəmiyyətKrım körpüsündəki terrorun təşkilatçılarından biri ERMƏNİDİR
Gündəm / DünyaErmənistan-Rusiya yolu yenidən bağlandı
Gündəm / DünyaKəlbəcər istiqamətində mövqelərimiz yenə atəşə tutuldu
Gündəm / CəmiyyətRuslar geri çəkildiyi ərazilərdə meyitləri minalayır
Dünya