Gündəm / Cəmiyyət
25 noyabr 2022
12
Kürdəmirdə kanallar lildən təmizlənir - FOTOLAR
Kürdəmirdə suvarma kanalları lildən təmizlənir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Atatv.az a bildirib ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi Kürdəmir rayonunda 69500 hektardan artıq torpaq sahəsinə xidmət edir. Xidməti ərazidə rayonun 58 kənd və 3 qəsəbəsi mövcuddur. Bundan 38000 ha öz axımı ilə, 31500 ha mexaniki üsulla suvarılır. Kürdəmirdə suvarma mənbələri Yuxarı Şirvan Kanalı və Kür çayıdır. İdarə tərəfindən suvarma mövsümü ərzində zərurət yarandığı halda Girdimançayda olan Karrar nasos stansıyasının gücündən də istifadə olunur. Digər halda həmin sahələrin də öz axımı ilə suvarılması mümkündür. Son illər Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanalların beton üzlüyə alınması istiqamətində də bir çox işlər görülüb. Hazırda balansda olan beton örtüklü 537 km-dən artıq suvarma kanalı vasitəsi ilə payızlıq olaraq əkilən bitkilər suvarılır.
İdarə tərəfindən 2022-ci ildə suvarma mövsümünün mütəşəkil keçirilməsi üçün suvarma kanalarının mexanizimlərlə lildən təmizlənməsi qrafiki tərtib olunub, kanallar üzərində yerləşən hedrotexniki qurğuların cari təmiri üzrə təqvim planı hazırlanıb və hazırda icra olunur. Bu ilin əvvəlindən indiyə kimi 500 km uzunluğunda suvarma kanalları lildən təmizlənərək su istifadəçilərinin isdifadəsinə verilib.
Qeyd edək ki, 2022-ci ildə Kürdəmir rayonunda 44075 ha taxıl, 2330 ha pambıq, 8902 ha yem bitkiləri, 4677 ha bostan-tərəvəz, 2620 ha bağ və üzümlük
6922 hektar isə həyətyanı sahələr suvarılıb.
Daha çox xəbər:
İki rayonun su təchizatının yaxşılaşdırılması ilə bağlı SƏRƏNCAM
Gündəm / SiyasətDövlət qurumunda dəyişiklik: 26 idarə ləğv edildi
Gündəm / CəmiyyətAzərbaycanda unun qiyməti bu halda ucuzlaşa bilər - VİDEO
Gündəm / İqtisadiyyatZabuxda su anbarı tikiləcək
Gündəm / İqtisadiyyatDövlət qurumu 900 minlik tenderdə qanunu belə pozdu
Gündəm / Cəmiyyət