Gündəm / Dünya
02 dekabr 2022
9
İranda etirazlarda ölənlərin sayı 462-yə çatıb
İranda etirazlarda 462 nəfər həlak olub.
Bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb.
Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.
Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 206 nəfər həbs olunub. Onlardan 3 492 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 583 nəfər tələbədir. Nümayişlərə 143 universitetin öyrənciləri qoşulub.
Məlumata görə, ölkənin 157 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 61 nümayəndəsi öldürülüb.
Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.
Daha çox xəbər:
İranda son sutkada 109 nəfər koronavirusdan öldü
Gündəm / Dünya / Səhiyyəİranda etirazlar zamanı 448 nəfər öldürülüb
Gündəm / Dünyaİranda daha 20 nəfər koronavirusdan ÖLDÜ
Dünya“İranda ötən həftə ərzində 40-dan çox insan öldürülüb” - BMT
Gündəm / DünyaABŞ-da koronavirusdan ölənlərin sayı 55 minə, yoluxma 1 milyona yaxınlaşır
Dünya / Səhiyyə