Gündəm / Siyasət
06 dekabr 2022
10
“İlin sonuna kimi Azərbaycan-Ermənistan liderlərinin görüşü ola bilər”

“Ermənistan Azərbaycandan sülh sazişi layihəsi üzrə təkliflər alıb”.
Milliinfo.az “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Eduard Ağacanyan deyib.
“Deyə bilərik ki, təkliflərin üçüncü mərhələsi müzakirə olunur. Məsələ ilə bağlı digər detalları açıqlaya bilmərəm”, - deyə Ağacanyan qeyd edib.
O, həmçinin cari ilin sonuna qədər Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsinin mümkünlüyünü istisna etməyib: “Ölkə liderlərinin və yaxud XİN rəhbərlərinin görüşünə gəldikdə isə, ilin sonuna qədər belə bir görüşün keçirilməsi istisna edilmir”.

Daha çox xəbər:

İlham Əliyevlə Paşinyan görüşə bilər
Gündəm / Siyasət
"İl sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq" - Paşinyan
Gündəm / Dünya
Sərhəd komissiyalarının növbəti görüşü gələn həftə keçiriləcək
Gündəm / Siyasət
KTMT liderləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək
Gündəm / Dünya
İlham Əliyevlə Paşinyan bu il yenə görüşə bilər - Erməni mediası
Gündəm / Siyasət