Gündəm / Siyasət
21 dekabr 2021
52
İlham Əliyevlə Paşinyan bu il yenə görüşə bilər - Erməni mediası
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilin sonuna kimi daha bir görüş keçirilə bilər.
Milliinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Past” qəzeti yayıb.
Görüşün Rusiyada keçiriləcəyi təxmin olunur.
“İlham Əliyev və Nikol Paşinyanın Brüssel görüşü bu il keçirilən sonuncu görüş olmaya bilər. XİN-dəki mənbəmizin verdiyi məlumata görə, Azərbaycan və Ermənistan liderləri bu il daha bir görüş keçirəcəklər və bu, Rusiyada baş tutacaq”, - deyə məlumatda qeyd olunub.
Qəzet, həmçinin yazır ki, ilkin məlumata görə, növbəti görüş geniş tərkibdə keçiriləcək. Belə ki, görüşdə ölkə liderləri ilə yanaşı, üçtərəfli komissiyanın üzvləri – Baş nazirlərin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk, Mqer Qriqoryan, müdafiə və xarici işlər nazirləri də iştirak edəcəklər.
Bildirilir ki, görüş barədə hələ ki, rəsmi xəbər olmasa da, bu barədə görüşdən bir-iki gün əvvəl məlumat veriləcək.
Daha çox xəbər:
İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib
Gündəm / SiyasətBu gün Brüsseldə Aİ Şurası, Azərbaycan və Ermənistanın liderləri görüşəcək
Gündəm / SiyasətPaşinyan İlham Əliyevlə görüşündən danışdı
SiyasətBu gün üçtərəfli görüş var - Diqqətlər Soçiyə
Gündəm / SiyasətPaşinyan Ərdoğanla gizli görüş keçirilməsini təklif etdi
Dünya