Gündəm / Siyasət
14 dekabr 2021
47
Bu gün Brüsseldə Aİ Şurası, Azərbaycan və Ermənistanın liderləri görüşəcək
Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
“Report”un məlumatına görə, görüş “Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq.
Əvvəlcə Prezident İlham Əliyevlə Şarl Mişel arasında ikitərəfli görüş olacaq.
Avropa İttifaqı Şurasının Prezidenti daha sonra Nikol Paşinyanla danışıqlar aparacaq.
Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dünən Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

Daha çox xəbər:

“Şərq Tərəfdaşlığı” sammiti: Paşinyan növbəti dəfə dilinin bəlasına düşdü - TƏHLİL
Dünya
Bu gün üçtərəfli görüş var - Diqqətlər Soçiyə
Gündəm / Siyasət
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Gündəm / Siyasət
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
Siyasət
İlham Əliyevlə Paşinyanın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Siyasət