Gündəm / Siyasət
19 oktyabr 2021
41
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.
Söhbət zamanı bu ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərinə toxunularaq səfər zamanı Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən görüşün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Görüşdə Avropa İttifaqının regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğu vurğulanıb.
Söhbət zamanı, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
SiyasətAvropa İttifaqı Türkiyəyə təyyarə göndərir
Gündəm / CəmiyyətAvropa Parlamentinin deputatı: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və sərhədlərin zorla dəyişdirilməsini qəbul etmir
Siyasət / DünyaMisirli jurnalistlər Qarabağa səfərlərindən yazdı
DünyaAvropa Birliyi ölkələrinə qarşı kiberhücumların sayı artıb
Dünya