Siyasət / Dünya
19 iyul 2020
44

Avropa Parlamentinin deputatı: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və sərhədlərin zorla dəyişdirilməsini qəbul etmir

Avropa Parlamentinin deputatı: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və sərhədlərin zorla dəyişdirilməsini qəbul etmir

Milliinfo.az


“Avropa Parlamenti-Azərbaycan” parlament dostluq qrupunun prezidenti Andris Ameriks Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi fitnəkar hərəkətlərə öz münasibətini bildirib.

AZƏRTAC xəbər verir ki, bu siyasətçı Azərbaycanın Belçikadakı diplomatik nümayəndəliyinə göndərdiyi məktubunda tərəfləri münaqişəni beynəlxalq hüququn normaları əsasında ən qısa müddətdə dinc yolla nizamlamağa çağırıb. Andris vurğulayıb ki, “Şərq tərəfdaşlığı” ölkələrində regional münaqişələr məsələsində Avropa Parlamentinin mövqeyi beynəlxalq səviyyəsində tanınmış dövlət sərhədləri daxilində dövlətlərin ərazi bütövlüyünün qeyd-sərtsiz dəstəklənməsindən və onların zorla dəyişdirilməsinin yolverilməzliyindən ibarətdir.