Gündəm / Siyasət
20 noyabr 2021
32
İlham Əliyevlə Paşinyanın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA
"Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə 19 noyabr 2021-ci il tarixində telefon danışıqları baş tutub və Aİ Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.
Post münaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçımız tərəfindən, o cümlədən beynəlxalq platformalada səsləndirilib. Bu xüsusda, Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik.
Daha çox xəbər:
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
SiyasətCeyhun Bayramov Ermənistanın XİN rəhbəri ilə görüşəcək? - RƏSMİ AÇIQLAMA
Gündəm / SiyasətPrezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Gündəm / SiyasətBu gün Türk Şurası dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək
Gündəm / SiyasətAzərbaycanla Türk Şurası arasında əməkdaşlıq müzakirə olunub
Siyasət / Dünya