Gündəm / Siyasət
10 dekabr 2022
13
“3+3” formatında ikinci görüş yaxın aylarda baş tuta bilər

“3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib:
“Hazırda 3+3 formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati üsullar üzərində iş aparılır. Ümid edirik ki, görüş yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların əhvali-ruhiyyəsinə əsasən, Gürcüstana dəvət göndərilə bilər”.
Onun sözlərinə görə, Rusiya Federasiyası iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3” məsləhətçi regional platformasına olan tələbata əmindir.
Xatırladaq ki, “3+3” platformasına üzv ölkələrin ilk iclası ötən ilin dekabrında Moskvada baş tutub.
Mənbə: TASS

Daha çox xəbər:

Azərbaycan, Ermənistan və Rusiya parlament formatında görüşə bilər
Siyasət
Moskvada Azərbaycan-Ermənistan üzvlərinin görüşü keçirilir
Gündəm / Siyasət
Sərhəd komissiyalarının növbəti görüşü gələn həftə keçiriləcək
Gündəm / Siyasət
Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər
İqtisadiyyat / Dünya
6-cı zirvə toplantısı videokonfrans formatında olacaq
Dünya