Gündəm / Dünya
13 dekabr 2022
10
Paşinyan Şuşadakı aksiya ilə bağlı Təhlükəsizlik Şurasını topladı
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.
Bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
Məlumata görə, iclas zamanı Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan və digərləri də iştirak edib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.
“Qafqazinfo”
Daha çox xəbər:
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı - Qarabağı müzakirə etdi
Gündəm / Dünyaİlham Əliyev, Putin və Paşinyan Soçidə GÖRÜŞƏCƏK
Gündəm / CəmiyyətTürkiyə Təhlükəsizlik Şurasının iclası keçirildi - YENİLƏNİB
Gündəm / DünyaAzərbaycan, Ermənistan və Rusiya parlament formatında görüşə bilər
Siyasət"Sülhməramlıların məsuliyyət zonasında da gərginlik var" - Paşinyan
Gündəm / Dünya