Gündəm / Dünya
24 fevral 2022
29
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirildi - YENİLƏNİB
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.
Toplantıda Ukraynadakı vəziyyət müzakirə olunub.
Tədbirdə Türkiyənin vitse-prezident Fuat Oktay, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Baş Qərargah rəisi, Ordu generalı Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Prezidentin şəxsi katibi Həsən Doğan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın iştirak ediblər.
***12:12
Türkiyədə Təhlükəsizlik Şurasının təcili toplantısı başlayıb.
“Anadolu” xəbər verir ki, iclasda Rusiyanın Ukraynaya hərbi müdaxilə müzakirə olunacaq.
***
10:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
İclasda Rusiya ilə Ukrayna arasında baş verən toqquşmalar müzakirə ediləcək.
Daha çox xəbər:
Türkiyənin Milli Təhlükəsizlik Şurası Qarabağ məsələsini müzakirə edəcək
Gündəm / SiyasətƏrdoğanın təyyarəsi Füzuli aeroportunda - Canlı
Gündəm / Siyasət6-cı zirvə toplantısı videokonfrans formatında olacaq
Dünya“Ermənistanın hücumlarını şiddətlə qınayırıq” – Türkiyə Milli Təhlükəsizlik Şurası
Siyasət / DünyaBu gün Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək
Siyasət / Dünya