Siyasət / Dünya
05 oktyabr 2020
32
Bu gün Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək
Milliinfo.az
Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.“Report” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüz aktına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq. Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.
İclasda həmçinin Şərqi Aralıq dənizindəki durum, terrorçuluğa qarşı mübarizə, iqtisadi inkişaf mövzuları, koronavirusla mübarizə, pandemiya şəraitində ölkədə təhsilin təşkili məsələləri müzakirə ediləcək.

Daha çox xəbər:

Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
Siyasət / Dünya
Deputatlar bu gün 8 məsələni müzakirə edəcək
Siyasət
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Siyasət
Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub
Siyasət
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib -Foto
Siyasət