Siyasət
16 sentyabr 2020
35
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Milliinfo.az
Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.
İclasda Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.
Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.
AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.

Daha çox xəbər:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Siyasət
Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub
Siyasət
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib -Foto
Siyasət
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
Siyasət
Milli Məclisin komitə iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlı ictimai müzakirələr keçirilib
Siyasət