Gündəm / Dünya
13 dekabr 2022
26
"Qarşı tərəfdə cənab İlham Əliyevin olması bu proses üçün vacibdir" - Ərdoğan

"Məqsədimiz təkcə üç ölkənin xalqı üçün deyil, həm də qardaş Türkiyə dövlətləri və bölgəmiz üçün daha firavan və təhlükəsiz gələcək qurmaqdır. Başda Türk Dövlət Təşkilatlarımız olmaqla çoxtərəfli əməkdaşlığın gücləndirilməsi hədəflərimiz arasındadır".
Bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfəri öncəsi açıqlama verərkən deyib.
"Avaza sammiti əsasən təbii qazla bağlı addımların atılmasına yönəlib. Bunun üçün enerji və təbii sərvətlər nazirimiz sammitdə bizimlə olacaq. Görüşləri orada keçirəcəyik. Qarşı tərəfdə cənab İlham Əliyevin olması bu proses üçün vacibdir. Ümid edirəm ki, Türkmənistan qazını Xəzər vasitəsilə ölkəmizə gətirəcəyik. Ümid edirəm ki, 21-ci əsrin Türk Əsri olması üçün çalışmağa, əməkdaşlıq etməyə və qardaşlığımızı hər sahədə gücləndirməyə davam edəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşünün ölkəmizə, bölgələrimizə, türk dünyasına xeyirli olmasını arzulayıram" -deyə Ərdoğan bildirib.

Daha çox xəbər:

İlham Əliyev bu gün Türkmənistana GEDƏCƏK
Gündəm / Siyasət
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Gündəm / İqtisadiyyat / Dünya
Ərdoğan və Mirziyoyev görüşdü
Gündəm / Dünya
Bu gün Türk Şurası dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək
Gündəm / Siyasət
İlham Əliyev TDT-nin zirvə toplantısında iştirak edəcək
Gündəm / Siyasət