Gündəm / Cəmiyyət
16 dekabr 2022
13
“Siyasi partiyalar haqqında” qanun qəbul edildi
“Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda müzakirə edilərək qəbul olunub.
Birinci oxunuşda qanun layihəsinin lehinə 102 deputat, əleyhinə isə 1 nəfər səs verib.
Qanun layihəsinin əleyhinə deputat Erkin Qədirli səs verib.
Qeyd edək ki, noyabrın 21-də “Siyasi partiyalar haqqında” qanun layihəsi yeni redaksiyada Milli Məclisin saytında yerləşdirilib. Qanun layihəsinin yeni redaksiyasında ilkin variantla müqayisədə bir sıra dəyişikliklər yer alıb.
Xatırladaq ki, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib.
“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına ümumilikdə 110 düzəliş edilib. Düzəlişlər həm mahiyyət baxımından, həm də texniki baxımdan olub.
Daha çox xəbər:
“Düyməni səhv basmışam, nəzərə alın”
Gündəm / Cəmiyyət“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur
Gündəm / SiyasətDövlət bu partiyalara da maliyyə yardımı ayıracaq
Gündəm / Cəmiyyət"Media haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Gündəm / CəmiyyətSiyasi partiyalar qarşısında yeni tələb qoyulacaq
Gündəm / Siyasət