Gündəm / Sosial
16 dekabr 2022
12
Qarabağda yaşayan ermənilər üçün “qaynar xətt” yaradıldı

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün “qaynar xətt” yaradılıb.
Bu barədə apa-ya Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyada iştirak edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin mərkəz rəhbəri Dilarə Əfəndiyeva bildirib.
Dilarə Əfəndiyevanın sözlərinə görə, separatçıların yerli sakinlərə təzyiqlərinə baxmayaraq, əvvəlki günlərlə müqayisədə edilən zənglərin sayı əhəmiyyətli dərəcədə artıb.
“Müraciətlərin çoxluğunu nəzərə alaraq mən və həmkarlarım mərkəzimizdə “qaynar xətt”in yaradılması qərarını qəbul etmişik. Biz həmvətənlərimizin müraciətlərinə operativ qaydada cavab verməyə hazırıq. “Qaynar xətt”imiz belədir: +994702779911. Qarabağ regionunda yaşayanlar arasında bizə müraciət edənlərin məxfiliyini qoruyub saxlayacağımıza öz tərəfimizdən zəmanət veririk”, - hüquq müdafiəçisi vurğulayıb.
O, dialoqun zəruriliyini də qeyd edib.

Daha çox xəbər:

Təhsil Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ
Təhsil
Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişinin yeri müəyyən edilib - YENİLƏNİB
Gündəm / Cəmiyyət
"Onu sevirəm" - Dilarə
Şou
Azərbaycan kommunistləri fəhlələrin hüquqlarını qorumaq üçün “qaynar xətt” yaradacaq
Gündəm / Cəmiyyət
Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib
Siyasət