Gündəm / Cəmiyyət
07 noyabr 2022
31
Azərbaycan kommunistləri fəhlələrin hüquqlarını qorumaq üçün “qaynar xətt” yaradacaq
“Azərbaycan Həmkarlar İttifaqları əmək adamlarının hüquqlarını və mənafeyini qorumaqda acizdirlər. İş yerlərində insan hüquqları uğrunda mübarizə həmişə kommunistlərin əsas vəzifələrindən biri olub. Bu mübarizədə bizim təbii müttəfiqlərimiz isə zəhmətkeşlərin mənafeyini sözdə deyil, əməldə müdafiə edən həmkarlar ittifaqı təşkilatları olub. Bu gün isə vəziyyət tamam başqa cürdür. Azərbaycan Həmkarlar İttifaqları zəhmətkeşlərin yox, burjua hakimiyyətinin xidmətindədir. Daha dəqiqi, hökumətaltı təşkilatdır”.
Reyting.az istinadən Millitv.az xəbər verir ki, bunu Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü Ədalət Abdinov deyib.
Onun sözlərinə görə, güclü siyasi qanadı olmayan həmkarlar ittifaqının ciddi perspektivi yoxdur. Digər tərəfdən, hakim burjuaziya sözündən fərqli olaraq əməlində alternativ, müstəqil həmkarlar təşkilatı yaratmağa imkan vermir:
“Xatırladım ki, Karl Marks və Fridrix Engels zamanında həmkarlar ittifaqlarının əhəmiyyətini dərhal qiymətləndirdilər, baxmayaraq ki, o vaxt həmkarlar ittifaqları yeni yaranmağa başlamışdılar. Engels yazırdı ki, təcrid olunmuş işçi kapitalistlə sövdələşməyə cəhd edərsə, ona asanlıqla qalib gələ bilər. Marks qeyd edirdi ki, həmkarlar ittifaqları dar eqoist maraqlar uğrunda deyil, məzlum milyonların azadlığı uğrunda mübarizə aparır. Klassiklər əmin idilər ki, həmkarlar ittifaqları zəhmətkeşlərin şüurunun belə inkişafına töhfə verəcək ki, bu zəhmətkeşlər nəhayət, bütün cəmiyyəti dəyişdirə, insanın insan tərəfindən istismarının olmayacağı bir dünya yarada biləcəklər. Fəhlə və kəndlilər, işsizlər, haqqın yanında olan ziyalılar hazırkı formada həmkarlar təşkilatına etimadsızlıq göstərir və işçilərin maraqlarını fəal şəkildə müdafiə edə bilməmələrini qeyd edir. İndi cəmiyyətdə güclü, həqiqətən müstəqil mübariz həmkarlar ittifaqlarına böyük tələbat var. Və bu ictimai tələbi təkcə həqiqi müstəqil, səmərəli həmkarlar ittifaqları deyil, həm də biz kommunistlər həyata keçirməliyik. Həmkarlar ittifaqları hər bir müəssisədə olmalıdır. Onlar siyasi sistemin mühüm hissəsinə çevrilməyə, əmək və sosial münasibətlər sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında, ən mühüm idarəetmə qərarlarının qəbulunda iştirak etməlidirlər. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi ölkədə fəhlə sinfinin vəziyyətinə, mövqeyinə və partiyanın proletar mühitində təsirini gücləndirmək vəzifələrinə həsr olunmuş plenum keçirməyi planlaşdırır. Və bu işə hazırlıq fəal şəkildə həyata keçirilir. Həmkarlar ittifaqları sistemində kommunistlərin sayı artmalıdır. Partiya həmkarlar ittifaqı təşkilatları ilə uğurlu qarşılıqlı fəaliyyətlə yanaşı, həm də onların işində bilavasitə iştirak etmək imkanına malik olmalıdır. Müqavimətə baxmayaraq, müstəqil həmkarlar ittifaqları yaratmaq təcrübəsindən də bəhrələnməyin vaxtıdır. Kommunist Partiyasının əmək kollektivlərində nüfuzunu gücləndirmək, onun sıralarına işçilərin axınını təmin etmək lazımdır. Əmək və kapital arasındakı ziddiyyətlər kəskinləşməkdədir. Ölkədə hələ də oliqarx kapitalizmi hökm sürür, istismar davam edir, buna görə də Azərbaycan Kommunist Partiyası işçilərin iqtisadi və siyasi hüquqlarını qorumaq üçün vəzifələrinin aktuallığına xüsusi önəm verir. Kommunistlər bundan sonra da iş yerində haqsız yerə təqib olunanların müdafiəsinə qalxacaqlar. Səhlənkarlıq edən işəgötürənlər ciddi şəkildə cəzalandırılmalıdır. Düzdür, mövcud qanuna və hakim şəraitə görə tətil keçirmək son dərəcə çətindir. Ancaq təcrübə göstərir ki, kollektiv mübarizə haqsız təqibə məruz qalan işçini öz yerində saxlamağa kömək edir, həm də iş şəraitini yaxşılaşdıra və əmək haqqını artıra bilir. Yaxın vaxtlarda Azərbaycan Kommunist Partiyasında əmək mübahisələri və münaqişələr üzrə “qaynar xətti”nin işə salınması planlaşdırılır. Bu xəttə müraciət edənlərə lazımi hüquqi, təşkilati və metodiki köməkliklər ixtisaslı hüquqşünaslar tərəfindən həyata keçiriləcək”.
[/justify]
Millitv.az

Daha çox xəbər:
Səttar Möhbalıyev deputatın qardaşına VƏZİFƏ VERDİ
Gündəm / HadisəAd günün mübarək, yoldaş Abdinov!
GündəmNazir Əli Həsənovun kürəkəninin yerinə onu TƏYİN ETDİ - FOTO
Gündəm / CəmiyyətAzərbaycanda bu şəxslərin işdən çıxarılması QADAĞANDIR - RƏSMİ
Gündəm / CəmiyyətSəttar Möhbalıyevin qohumu şəhid oldu
Gündəm / Şou