Gündəm / Cəmiyyət
17 dekabr 2022
19
Azərbaycanda ana və azyaşlı övladları dəm qazından zəhərləniblər

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonun Qarapapaq kəndində baş verib.
Kənd sakini 1995-ci il təvəllüdlü Türkan Yusifova, onun övladları 2018-ci il təvəllüdlü Damla Yusifova və 2019-cu il təvəllüdlü Yusif Yusifov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal xəstələrə yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər.

Daha çox xəbər: