Gündəm / Cəmiyyət
21 dekabr 2022
10
"Zelenskinin ABŞ-a getməsindən müsbət gözləntilərimiz yoxdur" - Kreml
"Kremlin Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona gəlişindən müsbət gözləntiləri yoxdur".
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, həmçinin ABŞ-ın Ukraynaya verəcəyi silahlardan danışıb.
"Silahların tədarükü davam edir, verilən silahların çeşidi genişlənir. Bütün bunlar, şübhəsiz ki, münaqişənin kəskinləşməsinə gətirib çıxarır və Ukrayna üçün yaxşı heç nə vəd etmir”, - Peskov bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Co Bayden dekabrın 21-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə cəbhədəki strateji vəziyyəti, Qərb dövlətlərinin Kiyevə yardımını, həmçinin Rusiyaya qarşı sanksiyaları və ixraca nəzarət tədbirlərini müzakirə edəcək.

Daha çox xəbər:

Zelenski ABŞ-a rəsmi səfər edib - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Ərdoğanla Zelenskinin görüşü başladı YENİLƏNİB
Gündəm / Dünya
Zelenski ABŞ Senatında çıxış edəcək
Gündəm / Dünya
Bayden Zelenskayanı gül-çiçəklə qarşıladı - Fotolar
Gündəm / Dünya
İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər
Gündəm / Dünya