Gündəm / Dünya
10 avqust 2022
28

İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər

İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər


İndoneziya G20 sammitində Putin və Zelenski arasında görüş keçirməyə hazır olduğunu açıqlayıb.

İndoneziya hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski arasında G20 sammiti çərçivəsində görüş keçirməkdə maraqlıdır. Bu barədə respublikanın Moskvadakı səfiri Xose Tavares məlumat verib.

" İndoneziya lideri Coko Vidodo Rusiya Federasiyası və Ukrayna başçılarına çoxdan dəvət göndərib. Əgər onlar Balidə keçiriləcək G20 sammitində iştirak etsələr, o zaman, əlbəttə ki, görüş təşkil etmək imkanı olacaq. İndoneziya artıq hazırdır. Putin və Zelenski gəlsə , biz bunu istərdik”, - o,bildirib.

G20 sammiti noyabrın 15 və 16-da baş tutacaq. İyulun 6-da Rusiya Xarici İşlər Nazirliyi İndoneziyaya Vladimir Putinin G20-də iştirak etmək niyyətində olduğu barədə ilkin məlumat verib. İyulun 9-da Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Zelenskinin G20 sammitində iştirak edə biləcəyini bildirib.